Milli Məclisin sədri: Zəfər paradı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı

A- A A+

Dekabrın 10-da Azadlıq meydanında möhtəşəm Zəfər paradı keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Zəfər paradı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Sahibə Qafarova bildirib ki, Zəfər paradı Azərbaycan dövlətinin hərbi qüdrətini nümayiş etdirməklə, bir daha dünyaya mesaj verdi ki, Azərbaycan öz haqqını, hüquqlarını, ərazi bütövlüyünü müdafiə etməyə qadirdir.

Milli Məclisin sədri qardaş Türkiyənin ilk gündən Azərbaycanın yanında olduğunu bildirərək qeyd edib ki, Türkiyənin bizimlə birgə olmasının çox dərin mənası var. Bu, bir millət, iki dövlət prinsipinin daha bir təsdiqidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: