“France 24” Bakıda keçirilmiş Zəfər paradını göstərdi - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “France 24” telekanalı Bakıda keçirilmiş Zəfər paradı barədə süjet yayımlayıb. Videomaterialda Azərbaycan və Türkiyə prezidentlərinin fikirlərinə də yer ayrılıb.

Süjetdə qeyd olunur k, 44 gün davam edən müharibədən sonra Azərbaycan paytaxtında təntənəli parad keçirilib. Paradda bütün qoşun növləri iştirak edib, hərbi texnikanın keçidi baş tutub. Prezident İlham Əliyev nitq söyləyib.

Bildirilir ki, tədbirin qonaqları arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olub.

Təntənəli keçiddə türk hərbçilərinin iştirakı da xüsusi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: