Bakıda keçirilən Zəfər paradı Qazaxıstan KİV-lərində də geniş işıqlandırılıb - FOTOLAR

A- A A+

Qazaxıstanın nüfuzlu KİV-ləri Bakı şəhərində keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını geniş işıqlandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “tengrinews.kz”, “informburo.kz”, “time.kz” və digər saytlarda dərc edilən informasiyalarda Zəfər paradı haqqında ətraflı məlumatlar yer alıb.

Zəfər paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından sitatlar yer alıb.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayiş olunduğu qeyd edilib.

Bildirilib ki, paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: