Avropa İttifaqının “EU Politics” informasiya-analitik nəşri Bakıda keçirilmiş Zəfər paradı barədə məlumat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatda münaqişənin tarixi, müharibənin gedişi, nəticələri və “Dəmir yumruq” əməliyyatı barədə söhbət açılır. Məhz bu əməliyyat sayəsində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasının təmin edildiyi qeyd edilir.
Məlumatda Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəkdən də bəhs olunur.