Gürcüstan mətbuatı: Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi əsirlərə insani münasibət bəslənilir - FOTOLAR

A- A A+

Gürcüstanın bir sıra aparıcı kütləvi informasiya vasitələri Azərbaycan həqiqətlərini yaymaqda və dünya ictimaiyyətini məlumatlandırmaqda davam edirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qonşu ölkənin aparıcı report.ge, 24news.ge, sputnik-georgia.ru, aktual.ge, gaxa.ge, kavkasia.net informasiya portallarının Azərbaycan, gürcü, rus və ingilis dillərində yaydıqları materiallarda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) bəyanatları oxuculara təqdim olunur.

Ombudsmanın bəyanatı əsasında hazırlanan məlumatda deyilir ki, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə insani münasibət bəsləndiyi halda, Ermənistanda azərbaycanlı hərbi əsirlər bunun əksinin yaşayırlar.

Azərbaycan Müdafiə Nazirliyinin işğaldan azad olunmuş Ağdam rayonunun Boyəhmədli kəndindən hazırladığı videogörüntülər də ən çox oxunan və izlənilən materiallardandır.

Bundan başqa, mətbuatda 44 günlük müharibədən sonra Azərbaycanda yaşanan sabitlikdən və tühlükəsizlikdən bəhs olunur, bunun nəticəsi kimi hərbi vəziyyət rejiminin ləğv olunduğu diqqətə çatdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: