Bu gün Yerevanda Paşinyan əleyhinə növbəti aksiya keçiriləcək

A- A A+

“Satqın Nikol Paşinyanın əmrinə əsasən bir neçə yüz nəfər dostumuz polis bölmələrinə aparılıb. Nikol Paşinyan mübarizəmizi zəiflətməyə çalışır, amma bu onda alınmayacaq, çünki biz sarsılmazıq və mütləq qalib gələcəyik”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Yerevanın “Fransa” meydanında keçirilən etiraz aksiyası zamanı Ermənistanın "Vətən" Partiyasının lideri Artur Vanesyan bildirib.

Onun sözlərinə görə, Daşnaksutyun rəhbəri İşxan Saqatelyan və başqa dostları polis bölməsindədir.

Vanesyan, həmçinin onların hərəkətlərini televiziya və ya telefonla müşahidə edən insanları küçələrə çıxmağa və onlara qoşulmağa çağırıb.

O, əlavə edib ki, sabah (bu gün-red) etiraz aksiyasını davam edəcəklər və heç bir halda dayanmayacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: