Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda anılıb

A- A A+

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda ehtiramla yad olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, eləcə də bu ölkədə fəaliyyət göstərən digər Azərbaycanın şirkətlərinin, şəhər ictimaiyyətinin nümayəndələri dekabrın 12-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini yad ediblər.

Sonra tədbir iştirakçıları Rustavi şəhərinə gəliblər. Burada da Ümummilli Liderin xatirəsi yad olunub. Ulu Öndərin adını daşıyan parka toplaşanlar Heydər Əliyevin abidəsi önünə əklil qoyub və tər çiçəklər düzüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: