Tacikistan portalında “Heydər Əliyev:Türk dünyasının böyük oğlu” adlı məqalə dərc edilib

A- A A+

Tacikistanın “avesta.tj” portalında rus dilində “Heydər Əliyev:Türk dünyasının böyük oğlu” adlı məqalə dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yazıda dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilir.

Materialda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlamış Moskvadakı fəaliyyəti və ən nəhayət xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi sözün əsl mənasında xilas etməsi haqqında söhbət açılıb.

Yazıda bildirilir ki, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev Azərbaycanı dünyaya tanıdıb, qısa müddətdə siyasi və iqtisadi islahatlara başlayıb və uğurlu nəticələr əldə edilib.

Qeyd olunur ki, Heydər Əliyev qüdrətli dövlət qurmaq və onun sürətli sosial-iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırmaqla bərabər, həm də Azərbaycan dövlətinin xarici siyasətinin istiqamətlərini müəyyənləşdirib. Ümummilli Lider qısa müddətdə dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrin milli maraqlara uyğunlaşdırılması istiqamətində uzaqgörən addımlar atıb.

Məqalədə Azərbaycanda Heydər Əliyevin bilavasitə iştirakı ilə ordu quruculuğu sahəsində böyük işlərin görüldüyü, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs elan edildiyi diqqətə çatdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: