Bosniya və Herseqovinanın Federal Xəbərlər Agentliyi ulu öndər Heydər Əliyev haqqında məqalə yayıb

A- A A+

Bosniya və Herseqovinanın Federal Xəbərlər Agentliyi (FENA) “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir” adlı məqalə yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə deyilir ki, tarixdə elə şəxsiyyətlər var, onların həyat və fəaliyyəti bütün xalqın taleyinə ciddi təsir edir. Heydər Əliyev də bu şəxsiyyətlərdən biridir. Heydər Əliyev dahi insan, tarixi şəxsiyyət idi. Bu cür insanlar bəlkə də yüz ildə bir dəfə doğulur. Xalq öz qəhrəmanlarını unutmur. Heydər Əliyev ağır zamanlarda öz milləti üçün işıq yolu, xalqı faciələrdən xilas edən dahi şəxsiyyət olub. Ölkənin inkişafı və gələcəyi onun adı ilə bağlıdır.

Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının ümummilli lideri hesab edilib. Fiziki olaraq dünyasını dəyişdikdən sonra xalq ona olan sevgi və hörmətini hələ də saxlayır. O, hər bir azərbaycanlının yaddaşında istedadlı ölkə başçısı, hərtərəfli şəxsiyyət kimi qalıb. Onun ümummilli liderlik zirvəsini fəth etməsinin kökündə ölkənin və xalqın ən ağır zamanlarda xilasedici missiyanı yerinə yetirərək dövləti və xalqı düzgün yola yönəltmək dayanır.

Qeyd edilir ki, Azərbaycanın Heydər Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan çox danışmaq olar. Bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev Azərbaycan xalqının ən böyük arzularını reallaşdıran şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı. İlham Əliyevin ali komandanlığı ilə cəsarətli Azərbaycan Ordusu cəmi 44 gündə 30 ilə yaxın davam edən erməni işğalına son qoydu və torpaqlarını azad etdi. Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində Prezident İlham Əliyev istənilən diplomatik təzyiqlərə layiqincə sinə gərdi. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyev ağır zamanlarda xalqı faciələrdən xilas edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: