Sergey Lavrov: İndi qarşıdurma regionunu dinc yanaşı yaşama regionuna necə çevirmək barədə fikirləşmək lazımdır

A- A A+

Dağlıq Qarabağ münaqişəsinin nizamlanma formatı Azərbaycan və Ermənistan tərəfindən seçilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu fikri İranın dövlət televiziya və radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, bəyanat iştirakçılarının heyəti və İranın sülh planına diqqətin ayrılmaması da məhz bununla şərtləndirilmişdi.

S.Lavrov deyib: “İndi nizamlamaya kimin nə vaxt kömək etməyə macal tapıb-tapmaması barədə düşünmək lazım deyil. Bir daha vurğulayıram ki, münaqişənin nizamlanma formatı Azərbaycan və Ermənistan tərəfindən seçilib. Bəyanat iştirakçılarının heyəti başqa heç nə ilə deyil, məhz bununla şərtləndirilib. Bunu İranın və yaxud Türkiyənin hesabına etmək cəhdi olmayıb və ola da bilməzdi. İndi əldə olunan razılaşmaları sona çatdırmaq və qarşıdurma regionunu dinc yanaşı yaşama regionuna, ən yaxşısı, mehriban qonşuluq və əməkdaşlıq regionuna necə çevirmək barədə fikirləşmək vacibdir”.

Nazir vurğulayıb: “Dağlıq Qarabağdakı vəziyyətə gəlincə, bizim məqsədimiz qan tökülməsinə son qoymaq idi. Münaqişə tərəfləri – Ermənistan və Azərbaycan bunu Rusiya Federasiyasının vasitəçiliyi ilə etməkdə maraqlı olduqlarını bildirdilər. Burada heç bir pis niyyət olmayıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: