Onu qələbədən cəmi 1 gün ayırdı - VİDEO

A- A A+

Şuşada Kapitan rütbəsi alan Samir Mikayıllı 9 noyabrda şəhadətə yüksəldi.

Öz toyunu edə bilməsə də, Vətən torpaqlarının azad edilib düşmən üzərində qələbə qazanılmasına nail oldu kapitan Samir Mikayıllı. Vətən müharibəsində döyüşlərə Naxçıvandan xüsusi təyinatlı kəşfiyyat komandiri kimi qatılmışdı. Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Şuşa istiqamətindəki döyüşlərdə igidliklə vuruşaraq düşmənin əzilməsində xüsusi rəşadət göstərdi. Elə Şuşanın azad edilməsindəki xüsusi şücaətinə görə noyabrın 8-də növbədənkənar kapitan rütbəsi ilə təltif olundu. Amma növbəti gün Qələbəyə cəmi 1 gün qalmış noyabrın 9-da düşmən mərmisi nəticəsində ağır yaralanan Samir son nəfəsinədək qəhrəmancasına vuruşaraq şəhidlik zivəsinə yüksəldi. Valideynləri Azərbaycanın bütövləşməsi uğrunda canını vətənə fəda edən oğulları ilə qürur duyur:

Uşaqlıqdan hərbi sahəyə xüsusi marağı olan Samir Mikayıllı bu yolda ilk təhsilini Cəmşid Naxçıvanski Hərbi Liseyində alıb. Buranı fərqlənmə ilə bitirərək Heydər Əliyev adına Ali Hərbi Komandirlər Məktəbinə daxil olub. Daha sonra təhsilini Türkiyədə davam etdirən Samir 2015-ci ildə vətənə qayıdaraq Naxçıvan Əlahiddə Ümumqoşun Komandanlığında xüsusi təyinatlı kəşfiyyat komandiri kimi xidmət edib. 2018-ci ildə Naxçıvanda keçirilən “Günnüt” əməliyyatında yaxından iştirakına görə baş leytenant hərbi rütbəsi alıb və “igidliyə görə” medalla təltif olunub. Onun həm də müəllimi olan anası Samirin öz şərəfli məqsədinə çatdığını deyir:

Vətən torpaqlarını düşməndən azad edib bütün el-obanın, Azərbaycanın zirvəyə ucalan qəhrəmanına çevrildi Samir kimi oğullar. Onlar bizi böyük qələbənin şahidi edib şəhidliyə yüksəldilər. Əbədi müqəddəslik, qürur rəmzimiz oldular.

NUHÇIXAN İnformasiya Agentliyi "Real" televiziyasının Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmət etmiş Xüsusi Təyinatlı zabit, şəhid kapitan Samir Mikayıllı barədə hazırladığı həmin reportajı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: