Ümummilli Liderin xatirəsi Serbiyada yad edilib

A- A A+

Serbiyanın “Tanjug” informasiya agentliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar xatirəsinin yad edilməsi ilə bağlı material dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda mərasimin Serbiyanın paytaxtında yerləşən Taşmaydan parkında keçirildiyi bildirilir. Bir dəqiqəlik sükutdan sonra mərasim iştirakçıları Azərbaycanın dahi lideri Heydər Əliyevin abidəsi qarşısına güllər düzüblər. Daha sonra anım tədbirinin iştirakçıları həmin parkda Serbiyanın görkəmli yazıçısı Milorad Paviçin xatirəsinə ucaldılmış heykəlin və həmçinin 1999-cu ildə Belqradın NATO koalisiyası tərəfindən bonbardman edilməsi nəticəsində həlak olan uşaqların xatirəsinə həsr edilən “Biz sadəcə olaraq uşaq idik” adlı abidənin qarşısına tər çiçəklər qoyublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: