Moldova KİV-ləri ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan məqalə dərc edib

A- A A+

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilən məqaləsi Moldovanın nüfuzlu “Tribuna”, “Noi”, “IPN” və “Deschide” xəbər agentlikləri tərəfindən dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfir məqaləsində Ulu Öndərin keçdiyi şərəfli həyat yolu haqqında ətraflı məlumatı diqqətə çatdırıb. Müəllif qeyd edib ki, SSRİ-nin dağılmasından və müstəqil dövlətlərin yaranmasından sonra qonşu Ermənistan tərəfindən təcavüzkarcasına hücum edilərək Azərbaycanın ərazisinin bir hissəsi işğal edildi. 1993-cü ildə ölkə vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Məhz o zaman Azərbaycan güclü bir liderə, xilaskara ehtiyac duyurdu. Buna görə də Azərbaycan xalqı Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması tələbi ilə çıxış etdi və həmin ilin iyun ayında Ümummilli Lider Azərbaycanı xilas etdi. Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik təmin edildi, iqtisadi inkişaf dövrü başladı.

Ulu Öndər ölkədəki vəziyyəti sabitləşdirdi. Onun hakimiyyəti dövründə qanunun aliliyinin demokratik əsasları qoyuldu, ölüm cəzası ləğv edildi. Onun səyləri nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına dair tarixi bir müqavilə imzalandı. Heydər Əliyevin həyatı xalqına, ölkəsinə fədakar xidmətin misilsiz nümunəsidir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam,” – deyə Heydər Əliyev bildirib. Bu sözlər hər bir azərbaycanlı üçün vətəninə məhəbbət, vətənpərvərlik şüarına və rəmzinə çevrilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: