Türkiyə mətbuatı işğaldan azad olunan Azərbaycan torpaqlarında ermənilərin terrorçu fəaliyyətindən yazır - FOTOLAR

A- A A+

Təcavüzkar Ermənistanın hərbi qüvvələrinin qalıqlarının işğaldan azad edilən Azərbaycan torpaqlarında törətdikləri cinayət əməlləri Türkiyə mediası tərəfindən terrorçuluq fəaliyyəti kimi dəyərləndirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, erməni silahlı dəstələrinin Hadrut və Xocavənd ərazisində törətdikləri terror-təxribat və diversiya əməlləri olduğuna diqqət çəkən kütləvi informasiya vasitələri bunu qanunsuz fəaliyyət adlandırır. Qeyd edilir ki, bu fəaliyyət müharibədə məğlubiyyətə düçar olan Ermənistan hakimiyyətinin istəyi ilə razılaşdırılan atəşkəsin şərtlərinə ziddir.

Qeyd olunur ki, Azərbaycanın təhlükəsizlik qüvvələri bölgədə sabitliyi qorumaq üçün məcbur olaraq antiterror əməliyyatı keçirib.

Mövzu ətrafında Türkiyə kütləvi informasiya vasitələrinin təqdim etdiyi ekspert rəylərində bildirilir ki, baş verən bütün xoşagəlməz hadisələrə görə, Ermənistan rəhbərliyi məsuliyyət daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: