Tək şəxsiyyət vəsiqəsi ilə səyahət ticarət və ortaq investisiya imkanlarını artıracaq - Türkiyəli ekspert

A- A A+

Türkiyə ilə Azərbaycan arasında tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin reallaşması hər iki dövlət üçün həm səyahət, həm də iqtisadi əməkdaşlıq baxımından böyük imkanlar yaradacaq.

Bunu NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında Türk Media Assosiasiyasının rəhbəri Əkrəm Kızıltaş deyib.

Onun sözlərinə görə, "İki dövlət, bir millət" deyimi onsuz da münasibətlərin çox yüksək səviyyədə olduğunu göstərir:

"İki ölkə arasında xarici pasportsuz və vizasız gediş-gəlişin təmini, qarışılıqlı ticarət və ortaq investisiya imkanlarının kəskin artmasına səbəb olacaq. Səyahətin sadələşdirilməsi Azərbaycan və Türkiyə iqtisadiyyatına ayrı-ayrılıqda müsbət təsir etməklə yanaşı, qonşu ölkələrlə yeni əlaqələrin qurulacağı da şübhəsizdir. Xüsusilə də Naxçıvana çəkiləcək yeni quru yol bu inkişafı yüksək nöqtəyə çıxaracaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: