“İndi də iqtisadi böhran qapılarımızı döyür”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan yazıb.
“Bu, o qədər də müharibənin və COVID-19-un nəticəsi deyil, Ermənistan hökumətinin və Mərkəzi Bankının populist, uzaqgörməz siyasətinin nəticəsidir. Fəaliyyətdə olan hökumətin, müharibəni uduzmuş, xaincəsinə torpaqları təhvil vermiş Baş nazirin və Ermənistan prezidentinin istefası da az əhəmiyyətli deyil”, - deyə Baqratyan qeyd edib.