Nikol Paşinyan: mayın 1-də Ermənistan küçələrinə yüz minlərlə insan çıxacaq

A- A A+

Biz ölkədə yaranan vəziyyəti Serj Sarkisyana izah etdiyimiz kimi (baş nazir postundan istefası), Karapetyana da izah edəcəyik. Yüz minlərlə insan yeni baş nazirin namizədliyi üzrə səsvermənin keçiriləcəyi gün - mayın 1-də küçələrə çıxacaq.

NUHÇIXAN  Interfax informasiya agentliyin istinadla xəbər verir ki, bunu müxalifətin etiraz aksiyalarına rəhbərlik edən parlamentin deputatı Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistanın baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyanın danışıqlardan imtina etməsi hakim Respublika partiyasındakı hərc-mərclikdən xəbər verir və, bu səbəbdən müxalifətin nümayişi davam edəcək.

“Onlar dünən və sırağagün heç bir şərt irəli sürmədən danışıqlara hazır olduqlarını bildirmişdilər. Lakin, gördüyünüz kimi, cənab Karapetyanın yerini mənim çantam tutub”, - deyə Paşinyan danışıqların keçirilməli olduğu mehmanxanada jurnalistlərə bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Karapetyan müxalifət lideri Paşinyanla danışıqlardan imtina edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: