Paşinyan deputatlarla növbədənkənar seçkilərin keçirilməsini müzakirə edib

A- A A+

Ermənistanda hakim komanda yaxın vaxtlarda növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, baş nazir Nikol Paşinyan yaxın ətrafı ilə Seçki Məcəlləsinin dəyişdirilməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini çox fəal şəkildə müzakirə edir.

O, dekabrın 15-də hakim “Mənim addımım” fraksiyasının deputatları ilə bir araya gəlib.

Görüş iştirakçıları bildirib ki, seçki sistemində dəyişikliklə cəmiyyətin ovqatını dəyişmək mümkünsüzdür. Onların qənaətincə, yaxın günlərdə növbədənkənar parlament seçkiləri keçirmək lazımdır.

Müzakirədə ədliyyə naziri Rüstəm Badasyan və N.Paşinyanın müşaviri, keçmiş təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan da iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan xalqın iradəsi tələb edəcəyi halda istefa verəcəyini bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: