Qəhrəmanlığı ilə dastan yazan şəhid Rəşad Sadiqov - VİDEO

A- A A+

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Sadıqov noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr  2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qeyd edək ki, Vətən müharibəsində adını şanlı zəfər tarixinə yazdıran Rəşad Sadiqov 2019-cu ilə qədər, təxminən 18 ilə yaxın bir  müddət ərzində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib və Heydər Əliyev adına Hərbi Liseydə fəaliyyət göstərib.

NUHÇIXAN İnformasiya Agentliyi şəhidlə bağlı ARB24 kanalının hazırladığı videomaterialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: