Rusiya XİN-in rəsmisi ABŞ tərəfindən Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmasını şərh edib

A- A A+

Rusiyadan S-400 zenit raket sistemlərinin alınması ilə əlaqədar ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar Birləşmiş Ştatların rəqabət üstünlüyü əldə etmək cəhdidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Moskvada keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

XİN rəsmisi deyib ki, bu, qaydalara uyğun oynayaraq rəqabətə davam gətirə bilməməyin daha bir təzahürüdür. ABŞ rəqabət üstünlüyünü təmin etmək üçün əlavə addımlar atır, baxmayaraq ki, bu addımlar qanundan kənardır. Bunlara hərbi-sənaye kompleksinin xətti ilə birtərəfli sanksiyalar da daxildir.

O, həmçinin qeyd edib, Vaşinqton analoji sxemi KİV, energetika və digər sahələrdə də tətbiq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: