Rusiya MN Qarabağda sülhməramlıların mühasirəyə alınması xəbərini təkzib edib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Rusiyanın Müdafiə Nazirliyi Qarabağın Hadrut bölgəsində rusiyalı sülhməramlıların Azərbaycan hərbçiləri tərəfindən mühasirəyə alınması barədə məlumatları təkzib edib.  Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin bütün bölmələri istər müşahidə postlarında, istərsə də atəşkəs rejiminin gözlənilməsinin monitorinqinin gedişində ştat rejimində tapşırıqları yerinə yetirirlər”, - deyə nazirlikdən bildirilib.

Qurumdan, həmçinin Rusiya kontingentinin qərargahının birbaşa rabitə kanalları vasitəsilə Azərbaycan və Ermənistanın baş qərargahları ilə o cümlədən mümkün insidentlərin də qarşısını almaq məqsədilə daimi qarşılıqlı əlaqədə olduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyi, həmçinin atəşkəs rejiminə bütün təmas xətti boyu riayət olunduğunu vurğulayıb.

Xatırladaq ki, Rusiya sülhməramlılarının Qarabağda mühasirəyə alınması barədə erməni mətbuatı yazmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: