Rusiya Prezidenti: Rəcəb Tayyib Ərdoğan – sözünün üstündə duran insandır

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – sözünün üstündə duran insandır. Əgər o fikirləşirsə ki, bu, onun ölkəsi üçün sərfəlidir, o halda işin sonunadək gedəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Moskvada bu gün təşkil olunan mətbuat konfransında bəyan edib.

O qeyd edib ki, bəzi hallarda Türkiyə Prezidenti ilə ayrı-ayrı məsələlərdə baxışları ziddiyyət təşkil edir. Rusiya Prezidenti deyib: “Bizim baxışlarımız bəzi hallarda ziddiyyət təşkil edə bilər. O, sözünün üstündə duran insandır. Əgər o fikirləşirsə ki, bu, onun ölkəsi üçün sərfəlidir, o halda işin sonunadək gedə bilər. Bu, qarşındakı insanın kim olmasını başa düşmək üçün çox mühümdür”.

V.Putin qeyd edib ki, siyasətdə rahat, xoş tərəfdaşlar anlayışı yoxdur. Rusiya dövlətinin başçısı vurğulayıb: “Onların hamısı ölkələrinin qarşısında duran məsələlərin həllinə tuşlanıblar. Milli maraqlar mövcuddur. Haradasa kompromisə getmək, haradasa təkidlə öz mövqeyimiz üzərində dayanmaq lazım gəlir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: