“1400 itkimiz, 700 tanınmayan cəsədimiz var...” - Ermənilərin real itkilərilə bağlı yeni rəqəmləri

A- A A+

“Ermənistan hakimiyyəti gerçəkliyi və ictimaiyyətdə böyük narazılıq yaradacaq informasiyanı gizlətməklə məşğuldur. İndiyə qədər ölənlər, yaralananlar, itkin və əsir düşənlər barədə rəsmi məlumat verilməyib.”

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Qarabağ Müharibəsində ermənilərin real itkilərinə dair sensasiyalı məlumat yayan Ermənistanın “Politik.am” saytı yazıb.

Sayt xatırladır ki, bir müddət əvvəl Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan müharibədə 4750 erməninin həlak olduğunu bildirib: “Hakimiyyət bu məlumatı təkzib etməyə çalışdı. Lakin son məlumatlar Minasyanın doğru dediyini üzə çıxardı. Hazırkı an üçün 3000-dən artıq həlak olanla bağlı məlumat təsdiqlənir.”

Lakin “Politik.am” yazır ki, itkilərin sayı indiyə qədər səsləndirilən rəqəmlərdən daha çoxdur: “Hökumətdəki mənbələr bildirir ki, 1400 itkin düşənimiz, 700 nəfər isə kimliyi bilinməyən cəsədimiz var. İtkin düşənlərin böyük əksəriyyəti əslində həlak olub. Sadəcə, onların cəsədlərini hələ Ermənistana gətirməyiblər. Hazırda morqlarda kimliyi bilinməyən 700 cəsəd var. Onların cəsədləri tanınmaz haldadır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: