Türkiyə XİN: Belçika Təmsilçilər Məclisi tərəfindən əsassız iddia və ittihamların da yer aldığı bu qərarı qətiyyətlə rədd edirik

A- A A+

Dağlıq Qarabağla bağlı Belçika Təmsilçilər Məclisi İdarə Heyətinin qəbul etdiyi 18 dekabr tarixli qərar nə tarixi, nə hüquqi, nə də cəbhədəki gerçəklərə uyğun deyil. Türkiyə haqqında əsassız iddia və ittihamların da yer aldığı bu qərarı qətiyyətlə rədd edirik.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu ifadələr mövzu ilə bağlı nazirliyin açıqlamasında əksini tapıb.

Açıqlamada bildirilir ki, bu qərar Belçika Təmsilçilər Məclisinin bəzi üzvlərinin təktərəfli qaydada erməni yalanlarına necə alət olduqlarının, qərəzli davranışlarının, daxili siyasətə hesablanmış bəsit məqsədlərin əsir olduğunun bariz nümunəsidir.

Sözügedən qərar Türkiyə-Belçika əlaqələrinə töhfə olmadığı kimi, bölgədə sülh və sabitliyin qorunmasına yönəldilən cəhdlərə də xidmət etməyəcək. Bu cür qərarlar Ermənistanın reallığı qəbul etməsini gecikdirərək üzərinə düşən məsuliyyətdən qaçmasını təşviq etməkdədir.

Belçikadan gözlədiyimiz ağıllı davranış sərgiləməsi və sözügedən qərarlar kontekstində ikitərəfli münasibətlərimizə kölgə sala biləcək addımlar atmaqdan uzaq durmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: