Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin MDB Dövlət Başçıları Şurasının iclasındakı nitqini geniş işıqlandırıb - FOTOLAR

A- A A+

Gürcüstanın report.ge, 24news.ge, aktual.ge, gaxa.ge, interpress.ge informasiya portalları, “maestro” radio kanalı Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında söylədiyi nitqə geniş yer ayırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Prezidentinin nitqi əsasında hazırlanmış xəbərlərdə ölkəmizdə COVID-19–a qarşı mübarizə sahəsində görülən işlər, Qarabağda gedən proseslər, erməni vandalizmi və s. barədə məlumatlar verilir.

Bildirilir ki, Azərbaycanda pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib və bu da ölkə əhalisinin yarısını təşkil edir. Qeyd edilir ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub. Azərbaycanda COVID-19-a qarşı peyvəndləmə dövlət hesabına və könüllülük prinsipi əsasında aparılacaq.

Azərbaycan Prezidentinə istinadla yayılan digər materiallarda ermənilərin Ağdam məscidini niyə uçurmadıqlarının səbəbi açıqlanıb. Azərbaycan Prezidenti deyib: “Ağdam şəhəri yoxdur. O dağıdılıb. Ağdam şəhərindən yarımdağıdılmış məscid qalıb. Biz maraqlananda ki, bəs onu niyə digər məscidlər kimi dağıtmayıblar, bizə deyildi ki, bu, ermənilər üçün özünəməxsus oriyentir olub”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: