Azərbaycan hərbçiləri Gorus-Qafan avtomobil yoluna nəzarət edir - VİDEO

A- A A+

"Çiçəklənən Ermənistan" parlament fraksiyasının deputatı Naira Zohrabyan özünün feysbuk səhifəsində Gorus-Qafan avtomobil yoluna Azərbaycan hərbçilərinin nəzarət etdiyini əks etdirən videogörüntü paylaşıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir.

O, qeyd edib ki, həmin yol Azərbaycan hərbçilərinin nəzarəti altındadır.

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan videomüraciətində bildirib ki, hazırda sərhədlərin müəyyənləşdirilməsi aparılır, erməni sərhədçiləri yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərdə yerləşdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: