Ermənistanda fövqəlada vəziyyət elan olunub

A- A A+

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. İşğalçı ölkədə fövqəlada vəziyyət elan olunub.

NUHÇIXAN xəbər verir ki,Ermənistanın baş nazirliyindən 4 gün əvvəl istefa verən Serj Sarkisyan aprelin 26-da hakim partiyadakı postunu da itirdi. Artıq siyasi təşkilatda yeni sədr məsələsi müzakirə olunur. Ermənistanda istefa verən nazirlərin sayı isə 4-ə çatıb. Həmçinin, Şirak və Araqatsotn vilayətlərinin qubernatorları Artur Xaçatryan və Aşot Simonyan da istefa qərarlarını açıqlayıblar. Ölkənin müvəqqəti baş naziri Karen Karapetyan isə ölkədə fövqəladə vəziyyət elan edib. Parlamentdə təmsil olunan Sarukyan blokunun üzvü Naira Zöhrabyan bildirib ki, vəziyyət kifayət qədər gərgindir. Yaranmış siyasi böhran tezliklə aradan qaldırılmasa Ermənistan uzun müddət bundan əziyyət çəkəcək. Müxalifətin lideri Nikol Paşinyan isə bildirib ki, İrəvanın mərkəzi küçələrində aksiyaçılara qarşı müəyyən qüvvələr tərəfindən təxribatlar törədilir. Paytaxtda çoxlu sayda nömrəsiz avtomobillər peyda olub. Maşınlar yol hərəkəti qaydalarını pozur, insanların üstünə sürülür, bilərəkdən təhlükəli vəziyyət yaradır. Nikol Paşinyan etirazçıları İrəvanda küçələri bağlamağı müvəqqəti olaraq dayandırmağa çağırıb. Buna rəğmən etirazçılar İrəvandakı yolların bir hissəsini hələ də bağlı vəziyyətdə saxlayırlar. Etirazçılar Paşinyana səslənərək, onun heç bir kəslə əməkdaşlıq etməməsini istəyiblər. Nikol Paşinyan isə bildirib ki, hədəfə çatmağa çox az qalıb. “Respublika” partiyası ona baş nazir olmağa imkan verməyənədək etirazlar daha da böyüyəcək. “Artıq nə hakimiyyət, nə də hökumət var. Rejim elə bilirdi ki, Sarkisyanın istefası ilə hər şey bitəcək. Əsla. Ermənistan vətəndaşları bu qruplaşmanın hakimiyyətdə olduğu dövrdə kifayət qədər əzilib. Artıq buna son qoyuldu”. Sitatın sonu. Nikol Paşinyan Ermənistan baş nazirinin vəzifələrini icra edən Karen Karapetyanı danışıqlara dəvət edib. O, bu barədə Respublika meydanında keçirilən mitinqdə bildirib. Paşinyanın sözlərinə görə, danışıqlar jurnalistlərin iştirakı ilə keçirilməlidir. “Biz hakimiyyətlə bağlı danışıqları bağlı qapılar arxasında aparmayacağıq” - deyə müxalifət lideri qeyd edib. Avropa erməniləri konqresinin üzvlərindən biri Ovanes İşxanyan isə Paşinyanın çıxışlarına cavab olaraq bildirib ki, bu hələ son deyil. Ölkəni daha çətin günlər gözləyir. Hazırda Ermənistanda sağlam düşüncəli bir qüvvə yoxdur. Ona görə də xaotik vəziyyətin yaranması gözləniləndir. Artıq ölkədəki qarışıq vəziyyətdən istifadə edən bir qrup məhkum Nubaraşen təcridxanasından qaçmağa cəhd göstərib. Fakta bağlı cinayət işinin açıldığı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: