Ermənistanda etirazçılar yolları bağladı - “Paşinyan gəlməsin” - VİDEO
Ermənistanda Nikol Paşinyanı şəhərə buraxmaq istəməyən əhali yolu bağlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-ə istinadən xəbər verir ki, əhali ilə polis arasında toqquşma yaşanıb. Qarşıdurmaya görə saxlanılanların olduğu bildirilir. Etirazçılar Nikol Paşinyanı Sünik vilayətinə buraxmayacaqlarını bəyan ediblər.
Qeyd edək ki, bir müddət öncə yolda olan Nikol Paşinyan canlı yayıma çıxaraq Sünikə səfərinin səbəblərini açıqlamışdı və əhalini sakitləşdirməyə çalışmışdı.