NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Başsağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım,
Ailənizə üz vermiş ağır itki - böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.