Paşinyan Sünik vilayətinə səfərini yarımçıq qoyaraq Yerevana qayıdır

A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan Sünik vilayətinə səfərini yarımçıq qoyaraq Yerevana qayıdır.

NUHÇIXAN İnformasiya Agentliyi Armenpres agentliyinə istinadla xəbər verir ki, yerli sakinlər Gorus şəhərində yolu kəsiblər.

Paşinyan facebook səhifəsində yazıb ki, “matəm günü güc tətbiq olunmayacaq və mən Yerevana qayıdıram”.

Bu gün səhər Sünik vilayətinin sakinləri Nikol Paşinyanın kortejinə mane olmaq üçün Ermənistanı İranla birləşdirən beynəlxalq avtomobil yolunu bağlayıblar. Aksiya iştirakçıları bildiriblər ki, Gorus meri Aruş Aruşanyan azadlığa buraxılmayana qədər yolu açmayacaqlar.

Qeyd edək ki, Aruşanyan sakinləri yolu bağlamağa və Paşinyanı vilayətə buraxmamağa çağırış etmiş və buna görə həbs olunmuşdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: