Şuşadakı abidələrlə bağlı aparılan qiymətləndirmənin ilkin nəticəsi açıqlanıb: 11 məscid yox edilib

A- A A+

Erməni işğalından azad edilmiş Şuşa şəhərində tarixi abidələrlə bağlı aparılan qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı aparılan ilkin araşdırmanın nəticəsi açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı yaradılan işçi qrupun üzvü Faiq İsmayılov jurnalistlərə açıqlamasında deyib ki, Şuşa şəhərində normal vəziyyətdə qalan heç bir tarix və mədəniyyət abidəsi yoxdur:

"Bizim qrupun missiyası Şuşa şəhərindəki tarix və mədəni abidələrin monitorinqini keçirmək idi, o ərazilərdə olan abidələrin vəziyyətini öyrənmək və bərpaya, konservasiyaya ehtiyacı olan abidələri müəyyən etmək və bu istiqamətdə layihələşdirmə işləri aparmaqdır. Biz orada monitorinq keçirərkən çoxsaylı dağıntılar gördük. Qədim-18-19-cu əsrə aid olan yaşayış evlərinin böyük əksəriyyətinin ancaq divarları qalıb. Dövlət qeydiyyatında olan bir çox abidələrimiz sökülərək yerində müasir binalar tikilib, yəni onlar yox edilib".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: