Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının müşavirəsi keçirilib

A- A A+

Dekabrın 21-də Baş nazir və Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının sədri Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icra vəziyyətinə dair məsələlərə həsr olunmuş müşavirə keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müşavirədə Dövlət Komissiyasının üzvləri iştirak ediblər.

Müşavirədə indiyə qədər görülmüş işlər müzakirə edilib, qalan məsələlərin qısa müddətdə başa çatdırılması və Prezidentin Sərəncamında göstərilmiş müddətdə təqdim olunması barədə müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: