Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirlər - VİDEO

A- A A+

Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını yerinə yetirirlər.

Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsi prosesinə cəlb olunacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: