Ermənistanda etirazçılar hökumət və XİN binalarını mühasirəyə aldı - VİDEO
Ermənistanda etirazçılar hökumətin və Xarici İşlər Nazirliyinin, həmçinin Ədliyyə Nazirliyinin binalarını mühasirəyə alıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-ə istinadən xəbər verir ki, hazırda paytaxt İrəvan küçələrində gərgin vəziyyət yaranıb. Etirazçılar əsas dövlət orqanlarının xidməti binalarına daxil olmağa çalışır. Polis bu cəhdlərin qarşısını alır.
Hökumət, XİN və Ədliyyə Nazirliyi binalarının giriş-çıxışları təhlükəsizlik qüvvələri tərəfindən etirazçılara müqavimətlə qorunsa da, bunun nə qədər çəkəcəyi bəlli deyil. Proseslər davam edir.