Pakistan portalında Ermənistanın Qarabağda törətdiyi bəşəri cinayətlərlə bağlı məqalə dərc olunub

A- A A+

Pakistanın “globalnewspakistan.com” informasiya portalında Ermənistanın Qarabağda törətdiyi bəşəri cinayətlərlə bağlı məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, jurnalist Əli Zülfüqaroğlu və tədqiqatçı-ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə dərc olunan yazıda Vətən müharibəsi dönəmində Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror aktlarından bəhs edilir. Eyni zamanda, Ermənistanın Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə raket zərbələri endirməsi nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla, mülki əhalinin qətlə yetirilməsi, evlərin və infrastruktur obyektlərinin dağıdılması pakistanlı oxucuların diqqətinə çatdırılır. Həmçinin müharibə bitəndən, Ermənistan kapitulyasiyaya imza atandan sonrakı dönəmdə ermənilərin boşaltıqları rayonlarda evləri yandırması, heyvanları vəhşicəsinə öldürməsi, meşələrə od vurması, talan etməsi, törədilən ekoloji terror ilə bağlı faktlara geniş yer verilir.

Yazıda Ermənistanın təcavüzü nəticəsində Qarabağda dünya və yerli əhəmiyyətli tarixi abidələrin, muzeylərin soyğuna məruz qalması, həmçinin infrastruktura ciddi zərər vurulması, məktəblərin, xəstəxanaların yerlə-yeksan edilməsi, yaşayış evlərinin sökülərək materiallarının Ermənistana daşındığı diqqətə çatdırılır. Həmçinin qeyd olunur ki, ilkin hesablamalara görə, Ermənistanın təcavüzü nəticəsində ölkəmizə dəyən maddi ziyanın məbləği 800 milyard dollardan çoxdur, bu rəqəm getdikcə artır və Ermənistanın təzminat ödəməlidir. “Bunlar təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş terror aktlarıdır. Bu gün dünyada çoxsaylı münaqişə ocaqları mövcuddur. Bu səbəbdən də Ermənistanın mülki əhaliyə və ekoloji mühitə qarşı törətdiyi bu terror aktları çox təhlükəli tendensiyadır. Ona görə də bu cür vəhşiliklərin davam etməməsi, digər yerlərdə də presedent yaratmaması üçün beynəlxalq ictimaiyyət, xüsusilə xarici media buna biganə qalmamalıdır. Bu hadisənin daha çox işıqlandırılmasına, həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına ciddi ehtiyac var”, - deyə müəlliflər vurğulayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: