Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilmiş gənc əsgərlər ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərinə yola salınıblar.

Yolasalma mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  polkovnik Mübariz Rzayev bildirib ki, ixtisas hazırlğı müddətində nəzəri və praktiki məşğələlər keçirilib. Əsgərlər burada qazanılan bilik və bacarıqları növbəti xidmət yerlərində uğurla tətbiq edərək əsl döyüşçü kimi formalaşmağa, silah və texnikalardan düzgün istifadə etməyə nail olacaqlar.

Əsgərlər adından çıxış edən İsi Əliyev Azərbaycan Ordusunda xidmətilə qürur duyduğunu bildirib və bundan sonra da hərbi biliklərini təkmilləşdirəcəklərinə söz verib.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Təbrik oxunduqdan sonra bölmələrin hərbi marşların sədaları altında  təntənəli keçidi olub.

 

Kənan Cəlilov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: