Erməni politoloq: “Biz yüksəklikləri təhvil veririk”

A- A A+

“Ermənistan yüksəklikləri təhvil verməyə məcburdur”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu erməni siyasi elmlər namizədi, politoloq Sergey Vardazaryan deyib.

“Biz həqiqətən də elə bir nöqtəyə çatmışıq ki, yüksəklikləri təhvil verməyə məcburuq, azərbaycanlılar bunlara sahib olaraq strateji əhəmiyyətli yolları atəş altında saxlaya bilərlər”, - deyə o qeyd edib.

Vardazaryanın sözlərinə görə, başa düşmək lazımdır ki, əsas sənədin, noyabrın 9-da imzalanmış razılaşmanın ən zəif tərəfi orada hər hansı aydınlaşdırmanın olmamasıdır.

“Azərbaycanlılar etməli olduqlarını edirlər, çünki biz kapitulyasiyaya məruz qalmışıq, məni sadəcə xüsusən bu mənada reaksiyamız təəccübləndirir ki, heç olmasa Sünik sektorunu necə aydınlaşdırmamaq olar?”, - deyə o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: