İspaniyanın “El Pais” qəzetində ermənilərin Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərə dair məqalə dərc olunub - FOTOLAR

A- A A+

İspaniyanın “El Pais” qəzetində Ermənistanın Azərbaycan ərazilərində törətdiyi dağıntılardan, ölkəmizin Qarabağ müharibəsindəki qələbəsindən bəhs edən məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalənin müəllifi, bölgəyə ezam olunmuş Andres Mourenza Azərbaycan Silahlı Qüvvələrinin altı həftəlik müharibədən sonra azad etdiyi ərazilərə nəzarəti bərpa etdiyini bildirir.

İşğaldan azad edilmiş Ağdam şəhərinin dağıntılardan ibarət görüntüsünü təqdim edən müəllif yazır ki, şəhərin 40 min sakini 1993-cü ildə Ermənistan tərəfindən işğal edilən zaman doğma yurdlarından didərgin salınıb. Onların evləri darmadağın edilib və beləliklə, Ağdam “ruhlar şəhəri”nə çevrilib. İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam azad olunub və Azərbaycan tərəfi oranı yenidən bərpa edib əzəli sahiblərinin yaşaması üçün şərait yaradacaq.

Hazırda bölgənin minalardan təmizlənməsi istiqamətində işlərin görüldüyü diqqətə çatdırılan məqalədə işğaldan azad olunmuş Füzuli şəhəri haqqında da məlumat verilir. Müəllif 30 il erməni əsarətində qalmış Füzuliyə gedən yolda Ermənistan silahlı qüvvələrinə məxsus vurulmuş tankların və digər sursatların olduğunu qeyd edir.

Məqalədə Ermənistanın Azərbaycanın mülki əhalisinə və infrastrukturuna qarşı həyata keçirdiyi raket hücumlarından da söhbət açılır.

Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncənin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması barədə məlumat verilir. Qeyd olunur ki, bu bombardman nəticəsində onlarla ev dağılıb, insanlar həlak olub. Eyni zamanda, Bərdə şəhərinə də raket zərbələrinin endirildiyi, evlərin dağıldığı, insanların öldüyü diqqətə çatdırılır.

Məqalədə toxunulan bütün mövzularla bağlı fotolar da təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: