Kolumbiya mətbuatında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və atəşkəsə dair bəyanat haqqında növbəti dəfə danışılıb

A- A A+

Kolumbiyanın “valaguela.com” (“Azərbaycan dünyada tolerantlıq modeli”) və “planesymas.com” (“Azərbaycanı yaxından tanı”) xəbər portallarında səfir Məmməd Talıbovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistanın son hərbi təcavüzü barədə videomüsahibəsi yayımlanıb. (https://valaaguelaquesipuedo.com/azerbaiyan-nacion-modelo-de-tolerancia-en-el-mundo/ )

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, münaqişənin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi ilə başladığını bildirən səfir, Dağlıq Qarabağ və yeddi ətraf rayonla birlikdə Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal edildiyini və erməni vandalları tərəfindən bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlının oradan qovulduğu barədə məlumat verib.

Ermənistanın münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz azad etməsini tələb edən qətnamələrə məhəl qoymayaraq müxtəlif vaxtlarda təxribat xarakterli addımlar atdığını, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini tamamilə pozduğunu, 27 sentyabrdan etibarən isə növbəti təcavüz cəhdinə əl atdığını qeyd edən səfir, Ermənistan tərəfinin beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini pozaraq dinc əhalinin məskunlaşdığı əraziləri bombardman etdiyini söyləyib. Nəticədə Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyümüzü bərpa etmək üçün əks-hücum əməliyyatları aparmağa başladığını deyən diplomat, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edildiyini, həmçinin Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatla atəşkəsin elan edildiyini, razılaşmaya uyğun olaraq bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və razılaşmanın müddəalarının icrasına nəzarət məqsədilə Rusiya və Türkiyənin daxil olduğu birgə monitorinq mərkəzinin yaradıldığını söyləyib.

Səfir işğaldan azad edilmiş Azərbaycan şəhərlərinin 30 il ərzində Ermənistan tərəfindən tamamilə darmadağın edildiyini, infrastruktur və tarixi-mədəni irsin kütləvi talan edildiyini, 60-dan çox məscid və kilsənin tamamilə məhv edildiyini bildirib, Ermənistanın törətdiyi vandalizmlə bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini qeyd edib.

O, Azərbaycanın müxtəlif dini mənsubiyyətə və irqə aid olan insanların daim birgə, sülh şəraitində yaşadığı bir yer olduğunu və məhz bu səbəbdən Roma papası Fransisko tərəfindən bütün dünya üçün tolerantlıq modeli adlandırıldığını söyləyib və bu xüsusda, digər xalqlar kimi Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin də azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini və beləcə, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin bərpa olunmasına şərait yaranacağını diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: