Yerevanda Nikol Paşinyanın istefasını tələb edən insanlarla polis arasında toqquşma olub.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, polis 69 nəfərin saxlanıldığını bildirib.
Onlar arasında keçmiş hərbçilər və yüksək postlar tutmuş məmurlar da var. Aksiya zamanı 2 etirazçının xəsarət aldığı da xəbər verilir.