Müdafiə Nazirliyi "Müzəffər Sərkərdə" adlı mahnının klipini təqdim edib - VİDEO

A- A A+

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində digər amillərlə yanaşı, hərbi marş və vətənpərvərlik mahnılarının da mühüm əhəmiyyəti var.

Müdafiə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Vətən müharibəsindən öncə və müharibənin gedişində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin sözlərinə görkəmli bəstəkarlarımız Xalq artistləri Faiq Sucəddinov, Eldar Mansurov, Əməkdar artist Gövhər Həsənzadə və Azad Zahidin yazdıqları hərbi marş və mahnılar şəxsi heyət tərəfindən həmişə böyük maraqla, ruh yüksəkliyi ilə qarşılanıb.

Vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağıyevin ifa etdiyi “Müzəffər Sərkərdə” mahnısı əsasında (Musiqi Eldar Mansurov, sözləri Abdulla Qurbani) Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı növbəti klipi təqdim edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: