Gürcüstan portalları Azərbaycan Prezidentinin işğaldan azad olunmuş rayonlara səfərini işıqlandırıb - FOTOLAR

A- A A+

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanımı Mehriban Əliyevanın işğaldan azad olunmuş Zəngilan, Qubadlı və digər rayonlara səfərləri Gürcüstan portalları tərəfindən işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkənin “report.ge”, “24news.ge”, “interpress.ge” informasiya portalları Azərbaycan Prezidentinin doğum gününü Qarabağda qeyd etməsindən yazırlar.

Azərbaycan, rus, gürcü və ingilis dillərində yayımlanan materiallarda oxuculara Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günü olduğunu barədə məlumat verilir. Bildirilir ki, doğum günü ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı, Zəngilan və digər rayonlara səfər ediblər. Səfər zamanı Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarda xidmət edən hərbçilərə baş çəkib və onlarla səmimi söhbət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: