İtkin düşmüş erməni əsgərin anası: “Meşədə çoxlu uşaq olduğunu çətinliklə başa saldım”

A- A A+

“Məsələni həll edə bilmirsə, qoy getsin. Etmirsə, qoy təvazökar formada getsin, rusla əlaqə yarada biləcək biri gəlsin, bu məsələ yerinə düşsün. Əgər adam rusla belə danışa bilmirsə, daha nə istəyirik?”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu polislərlə mübahisə zamanı itkin düşmüş erməni əsgərin atası deyib.

Polislər cavab veriblər ki, rus tərəfi ilə indi işlər aparılır. Polislərin bu cavabı valideynlərin əsəblərini daha da alovlandırıb.

“Nə iş aparılır? Mən anayam, aylarla da çöldə qalacam. Neçə saat çöldə qala bilərsiniz? Neçə aydır hökumət binasının qarşısındayıq, donuruq, polislər bir-biri ilə növbə dəyişirlər ki, qızışsınlar. Meşədə çoxlu uşaq olduğunu çətinliklə başa salmağı bacardım. Cənab Paşinyan, indi görün ki, meşələrdə uşaqlar var”, - deyə itkin düşmüş erməni əsgərin anası qeyd edib.

İtkin düşmüş erməni hərbi qulluqçuların yaxınları Bağramyan küçəsini bağlayıblar.

“Köhnələrə və yenilərə tüpürüm, Ermənistana cəsarətli insanlar lazımdır”, - deyə onlardan biri qeyd edib.

İtkin düşmüş erməni əsgərin yaxını qəzəblənərək deyib ki, dövlətə sahib olub-olmadığımızı başa düşmək istəyirik.

Onlar müxalif xadimlərlə söhbət ediblər, deyiblər ki, bu aksiyaları dayandırmaq və birlikdə hərbi qulluqçuların axtarışlarına başlamaq lazımdır.

“Gəl, birlikdə gedək, itkin düşənləri axtaraq”, - deyə erməni hərbi qulluqçunun atası müxalifətçilərə bildirib.

Valideynlərdən biri erməni müxalifətçi Artsvik Minasyanı onlara qoşulmağa çağırıb.

“Gecə əsgərləri dəfn edirik, bu gün nəyin mübarizəsini aparmağa gəlmisiniz?”, - deyə itkin düşmüş erməni hərbi qulluqçunun valideyni nümayişçilərə bildirib.

Hazırda itkin düşmüş erməni hərbi qulluqçuların valideynləri Ermənistan hökumətinin binası qarşısında toplaşıblar.

Valideynlərdən biri bildirib ki, hələ oktyabr ayında DNT testi veriblər, amma cavab yoxdur, deyirlər 6 ay gözləyin, cihazların sayı kifayət etmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: