Türkiyənin milli müdafiə naziri Liviyaya səfər edib

A- A A+

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Liviyaya səfər edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfər çərçivəsində Liviya Ali Dövlət Şurasının başçısı Halid El Meşri, müdafiə naziri Səlahəddin Nemruş və daxili işlər naziri Fəthi Başağa, eləcə də Türkiyənin bu ölkədəki hərbi qulluqçuları ilə görüşlər nəzərdə tutulur.

Nümayəndə heyətinin tərkibinə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və hərbi komandirlər daxildirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: