Son bir ayda şəhid ailəsi üzvləri və müharibə iştirakçıları olan 4 min 500-dən çox şəxs sosial dəstəklə əhatə edilib

A- A A+

Prezident İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə, müharibə iştirakçılarına sosial dəstək işləri aparır. Son bir ayda bu kateqoriyalardan olan 4500-dən çox şəxs xüsusi qayğı ilə, sosial dəstəklə əhatə edilib.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı məlumat verib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazir şəhid ailəsi üzvlərindən 1500-dən çoxuna müvafiq sosial ödənişlərin artıq təyin edildiyini, 1300 ailənin özünüməşğulluq proqramına cəlb olunduğunu deyib.

S.Babayev həmin insanlara reabilitasiya və sosial psixoloji dəstək yönümlü xidmətlərin də göstərildiyini qeyd edib.

Bildirib ki, son bir ayda şəhid və yaralanmış hərbçilərin ailələrindən 2 minədək ailə nazirlik tərəfindən sosial psixoloji dəstəklə əhatə olunub. Onlardan bir qismi qurumun reabilitasiya müəssisələrində sosial psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib. Qalan hissəsinə evlərinə gedilməklə, səyyar formada psixoloji dəstək göstərilib. Bütün bu istiqamətlərdə işlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: