Ermənistanda etirazçılar saxlanıldı: Onlardan biri sabiq nazirdir

A- A A+

Ermənistan parlamentinin qarşısındakı etiraz aksiyasında iştirak edən səkkiz nəfər saxlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Hazırda səkkiz nəfər polis bölməsinə aparılıb", - deyə məlumatda bildirilib.

Parlament binası qarşısındakı etiraz aksiyası qanunverici orqanın növbədənkənar iclası günü keçirilir. Bina polis tərəfindən mühasirəyə alınıb. Etirazçılar deputatların maşınlarına yumurta atıblar.

Həbs edilənlər arasında keçmiş iqtisadiyyat naziri Artsvik Minasyan da daxil olmaqla ARF "Daşnaksütyun" partiyasının nümayəndələri var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: