Misirin “Əl Əhram” qəzeti Ermənistan ordusunun qalıqlarının təxribatından yazıb

A- A A+

Misirin ən nüfuzlu qəzetlərindən olan “Əl Əhram”da Ermənistan silahlı qüvvələri qalıqlarının Ordumuza hücumu ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlumatı dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 27-də Azərbaycanın Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz - əsgər Qənbərov Elmir şəhid olub, daha bir əsgər isə yaralanıb.

Xəbərdə bildirilib ki, görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib. Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Müdafiə Nazirliyi bu kimi halların təkrar olunacağı təqdirdə qəti tədbirlər görüləcəyini bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: