Acı məğlubiyyətin ən yüksək etirafı - VİDEO

A- A A+

44 günlük müharibə və ağır məğlubiyyət Ermənistanı dizi üstə çökdürüb.

Bu acı etiraf Ermənistan Prezidenti Armen Sarkisyanındır. O deyib ki, məğlubiyyət ölkədə əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub, daxili qarşıdurma pik həddə çatıb:

”Aramızdan minlərlə gənc gedib. Bu, böyük faciədir. Ailələrin faciəsidir. 26 il əvvəl bizim güclü ordumuz var idi. Bəs bu müddətdə nəyə nail olmuşuq. Bu dövr ərzində Azərbaycan böyük güc sərf edib, böyük miqdarda pul xərcləyib, müasir texnologiyalar alıb. Biz isə təəssüf ki, hələ 94-cü ildə qalmışıq. 20-30 ildə biz daim sahib olduğumuz yox, arzuladığımız şeylərdən danışmışıq. Lakin onlar real deyil. Bu müharibəyə qədər deyirdik ki, bizim güclü ordumuz var. Amma biz bütün tempi itirdik”.

Sarkisyan deyib ki, Ermənistan demoqrafiya məsələlərində də məğlub olub Dağlıq Qarabağda əhalinin sayı 20 min nəfər azalıb. Halbuki, bu əraziləri məskunlaşdırıb əhalinin sayını artırmaq lazım idi:

“Azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşdılar. İnformasiya müharibəsi davam edir. Ermənistan bu müharibəni uduzdu, ona görə ki, bununla məşğul olmadı. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, biz isə Ermənistanda nə işlə məşğuluq? Bir-birimizə hücum edirik. Hesab edirəm ki, biz nəhəng bir böhranın içindəyik. Bu həm də emosional psixoloji böhrandır. Çünki təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə böyük zərbə vurulub. Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək bir neçə nəsil də daşıyacaq.
Ermənistan dizi üstə çöküb və ayağa durmalıdır. Ancaq necə? Hökumət istefaya getməlidir. Ermənistan ağır sosial-iqtisadi böhran içindədir. Səhiyyə, koronavirus, müharibədə itkilər, onların ailələri. Onlara pensiyalar lazımdır, psixoloji yardım göstərilməlidir. Cəbhədən qayıdan yaralılar, hərbçilərlə kim məşğul olacaq? Onlar hardan iş tapacaqlar? Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq - səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. - bütün sahələrdə böhrandır”.

Bu gün Ermənistanın ağır məğlubiyyətinin ən yüksək səviyyədə etiraf olunması ölkənin hansı acınacaqlı durumda olduğunu göstərir. Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın işğalçılar üzərindəki qələbəsidir.

NUHÇIXAN İnformasiya Agentliyi REAL TV-nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: