Milli Məclis Əfqanıstanda Azərbaycan səfirliyinin təsis edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Milli Məclis Əfqanıstanın Kabil şəhərində Azərbaycan səfirliyinin təsis edilməsi ilə qanun layihəsini təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, parlamentin dekabrın 30-da keçirilən iclasında “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi bir oxunuşda qəbul edilib.