“Paşinyan sənin qatarın getdi...” Qaqik Sarukyan

A- A A+

Qaqik Sarukyan və Nikol Paşinyan arasında dünən Milli Məclisdə baş tutan və üç dəqiqə davam edən görüşün müstəsna təfərrüatları yayılıb. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Mediaport Telegram kanalı informasiya yayıb.

İnformasiyaya görə, əvvəlcə Qaqik Sarukyan Nikolun əlini sıxmayıb, onunla əl-ələ görüşməyib və bundan sonra Paşinyan açıq-aşkar depressiyaya düşüb. Koronavirusdan sağalmış Sarukyan, bu hərəkətini bir də yoluxmamaq üçün etdiyi ilə izah edərək bir daha erməni baş naziri kinayəli şəkildə təhqir edib.

Paşinyanın, Sarukyanın konstitusiya düzəlişləri planına nə üçün qoşulmağa razı olacağı sualına Sarukyan, "Paşinyan, sənin qatarın artıq getdi və sənin bundan xəbərin də yoxdur",- deyə cavab verib.

Sonda qapıya tərəf yönələn Sarukyan, “əgər xilas olmaq istəyirsənsə, istefa ver”,- deyə erməni baş nazirinə tövsiyə verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: